Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ana dilim - Zəngin Xəzinəm ”  adlı dəyirmi masa keçirilib

22.02.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Uşaq kitabxanası 21 02.2022 ci il tarixində 1saylı şəhər tam orta məktəbində 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə"Ana dilim - Zəngin Xəzinəm "  adlı dəyirmi masa keçirdi .Tədbiri Uşaq şöbəsinin müdiri  Rəna Məhərrəmova açdı və torpaqlarımlzın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Şöbənin müdiri 21 Fevral Beynəlxalq Ana Dili gününün yaranma tarixi və əhəmiyyəti haqqında geniş məlumat verdi və qeyd etdi ki, 21 Fevral Beynəlxal  Ana Dili gününün  bu tarixdə qeyd olunması 1999 cu ilin noyabırın 30 da Banqledeş səfirinin  təşəbbüsü ilə UNESCO tərəfindən elan edilmişdi.1saylı şəhər tam  orta məktəbin kitabxanaçısı Şahnaz Rüstəmova çıxış edərək bildirdi ki
dil bizim milli,mənəvi dəyərlərimizi  qoruyan  ünsiyyət vasitəsidir.Ölkəmizdə  ana dilinin  hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin  2002 ci il noyabırında Azərbaycan  Dili haqqında  Qanun qəbul etməsindən dilimizə göstərdiyi diqqət və qayğıdan danışdı və bildirdi ki  bu ənənə  Ulu öndərin layiqli davamçlsı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Tədbirdə dramaturq Cəlil Məmmədquluzadənin ,"Anamın Kitabı"əsəri də müzakirə olundu .1saylı məktəbin şagirdləri Azərbaycan Xalq şairlərindən Bəxtiyar Vahabzadənin  Süleyman Rüstəmin,Tofiq Bayramın dilimizin zənginliyinə, varlığına həsr etdikləri serlər söylədilər mahnılar oxudular

 

112 KB

 

76.4 KB